Bank Of Baku

Səxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Səxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək
# 17 oktyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında mərhum xanəndə Səxavət Məmmədovun anadan olmasının 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Səxavət Məmmədov adına “Qarabağ” ansamblının bədii rəhbəri, əməkdar artist Fehruz Səxavət məlumat verib. “Azad bir quşdum” adlı xatirə tədbirində Səxavət Məmmədovun yaradıcılığından danışılacaq, repertuarından mahnılar ifa olunacaq. Tədbirin aparıcısı millət vəkili, professor Rafael Hüseynovdur.

Tədbirdə həmçinin Kiyevdə yenicə işıq üzü görən “Səxavətli mahnı və təsniflər” (CD) adlı musiqi albomunun təqdimatı keçiriləcək. Lent yazıları Kiyevin “LE ARSO” Dizayn Mərkəzində bəstəkar Sergey Morozun rəhbərliyi ilə bərpa olunub. Diskin prodüseri Burzu Əliyev, redaktoru Qulu Ağsəsdir.

“Səxavətli mahnı və təsniflər” xanəndənin lent yazılarının bərpa edilərək işıq üzü görən 3-cü musiqi albomudur. Bundan əvvəl “Azad bir quşdum” və “Səxavətli muğamlar” (CD) adlı albomlar dinləyicilərə təqdim edilib. Xanəndənin yaradıcılığını əks etdirən “Səxavətli görüntülər” və “Səxavətli yazılar”ın da nəşri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR