Bank Of Baku

Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyəyə səfər edəcək

Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyəyə səfər edəcək
# 17 oktyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi oktyabrın 20-də Türkiyənin Ankara, Konya şəhərlərinə və Tarsus qəsəbəsinə səfər edəcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, səfərlərdə yaradıcı kollektivin iştirakı ilə xalq yazıçısı Elçinin “Arılar arasında” tamaşası nümayiş olunacaq. Rejissor Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın rollarında xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva və başqaları çıxış edəcəklər. 20 nəfərlik nümayəndə heyətinə teatrın direktoru Maqbet Bünyatov rəhbərlik edəcək.
O da bildirilib ki, Dövlət Akademik Milli Dram Teatrı 6-12 mart tarixlərində Bursa Bələdiyyə Başqanlığı tərəfindən keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR