Bank Of Baku

Natiq Şirinov nağara haqqında dərslik yazır

Natiq Şirinov nağara haqqında dərslik yazır
# 17 oktyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Natiq” ritm qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov yeni kitab üzərində işləyir. Bu barədə APA-ya məlumat verən musiqiçi bildirib ki, kitabda nağaranın bir çox sirrləri, tarixi haqqında ətraflı məlumatlar yer alacaq: “Hazırda kitab üzərində işləyirəm və məlumatları toplayıram. kitabda nağara ilə bağlı olduqca maraqlı məqamlara toxunulacaq. Mənim istəyim hələ də bir çox sirrləri olan nağara haqqında hamını məlumatlandırmaqdır”. N. Şirinov deyib ki, kitab işıq üzü görəndən sonra Azərbaycan Milli Konservatoriyasında tədris olunacaq. Onun sözlərinə görə, artıq bununla bağlı Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi ilə danışıqlar aparılıb və razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR