Bank Of Baku

Beynəlxalq Kino Məktəbində kinoaktyorluq kursuna 15 nəfər gənc qəbul olunub

Beynəlxalq Kino Məktəbində kinoaktyorluq kursuna 15 nəfər gənc qəbul olunub
# 20 oktyabr 2008 13:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Beynəlxalq Kino Məktəbində bu ildən tədris olunacaq kinoaktyorluq kursuna 15 nəfər gənc qəbul olunub. Bu barədə APA-ya əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, bu günlərdə keçirilən sonuncu kastinqlərdə tələbələr Rüstəm İbrahimbəyov və Şəfiqə Məmmədova tərəfindən seçilib. Qeyd edək ki, bir çox tanınmış kino mütəxəssislərinin dərs deyəcəyi kinoaktyoruluq kursuna Şəfiqə Məmmədova rəhbərlik edəcək. Yaxın günlərdə isə Beynəlxalq Kino Məktəbində 15 nəfərdən ibarət ilk kinoaktyorluq kursunun dərsləri başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR