Bank Of Baku

Bursada Azərbaycan karikaturaçılarının əsərlərindən ibarət sərgi təşkil olunacaq

Bursada Azərbaycan karikaturaçılarının əsərlərindən ibarət sərgi təşkil olunacaq
# 21 oktyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyə Karikaturaçılar Dərnəyinin təşəbbüsü, Bursa bələdiyyəsinin mədəniyyət bölməsinin dəstəyi ilə Türkiyənin Bursa şəhərində Azərbaycan karikaturaçı rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, bu sərgi Türkiyənin tanınmış karikaturaçısı Yurdagün Gökerin və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin birgə layihəsi çərçivəsində keçiriləcək. “Azərbaycan karikaturası dünən və bu gün” adlı sərgisinin açılışı noyabrın 10-da Camal Nadir adına sərgi salonunda olacaq.
Bayram Hacızadənin “Azərbaycan karikaturası dünən və bu gün” kitabı əsasında hazırlanmış bu sərgidə müxtəlif dövrlərdə çalışmış rəssamlarımızın 100-ə yaxın əsəri nümayiş olunacaq. 15 gün davam edəcək sərginin Türkiyənin digər şəhərlərində də təşkil olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR