Bank Of Baku

Bakıda Çexiyanın məşhur “Petrof” şirkətinin royallarının satışına başlanıb - FOTO

Bakıda Çexiyanın məşhur “Petrof” şirkətinin royallarının satışına başlanıb - <font color=red>FOTO</font>
# 21 oktyabr 2008 17:12 (UTC +04:00)
Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın “Petrof” şirkətinin Azərbaycanda yeganə distributoru olan “Royal” musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib.
Yan Petrof nəhayət ki, Azərbaycanda da “Petrof” royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli “Petrof” royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib.
Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR