Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Cenevrədə keçirilmiş sərgi ilə bağlı «Diva International» jurnalında yazı dərc edilib

Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Cenevrədə keçirilmiş sərgi ilə bağlı «Diva International» jurnalında yazı dərc edilib
# 22 oktyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) dəstəyi ilə sentyabrın 8-dən 27-dək İsveçrənin Cenevrə şəhərində «Mədəni irsin keşiyində» mövzusunda keçirilmiş sərgi ilə bağlı «Diva International» jurnalında geniş yazı dərc edilib. APA-nın məlumatına görə, «Azərbaycan: Mədəni hüquqların və mədəni irsin qorunmasına töhfə» sərlövhəli yazıda bildirilir ki, Azərbaycan BMT-nin İnsan Hüquqlarına dair Şurasının institusional quruculuq üzrə 5/1 Qətnaməsinin müddəalarını həyata keçirmək üçün mühüm səylər göstərir. Azərbaycanın atdığı addımlar heç də təsadüfi deyil, əksinə məqsədyönlüdür.

Mədəni mülkiyyətin qorunması və mədəni hüquqların təmin olunması Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan xalq muğam musiqisi və Bakının “İçəri Şəhəri” BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) tərəfindən dünyanın qorunan abidələr siyahısına daxil edilib. Azərbaycanda bütün abidələr vahid sistem altında qeydiyyata alınıb və xüsusi qeydiyyat kartına malikdir.

Tarixi və mədəni abidələrin qorunması, muzeylər, Azərbaycan folklorunun nümunələrinin hüquqi qorunması haqqında qanunlar qəbul edilib: «Ötən il Azərbaycanın Xarici İşlər Nazirliyi Heydər Əliyev Fondu ilə birgə bir neçə illik elmi təhqiqat işinin nəticəsi olan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən 1/5-nin işğalı ilə nəticələnən münaqişə nəticəsində mədəni irsin qorunması sahəsindəki çətinliklərə aid “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” adlı kitab dərc edib. Kitab işğal olunmuş Azərbaycan ərazisində və Ermənistanda olan Azərbaycanın milli irsinə ətraflı müqəddimə kimi xidmət göstərir. Azərbaycan abidələrinə dair məlumat, o cümlədən işğal olunmuş rayonlarda tərk edilmiş mədəni ehtiyatlar, audio-vizual materiallar, həmçinin müxtəlif vaxtların peyk fotoları bu irsin münaqişədən və işğalçı qüvvələr tərəfindən qabaqcadan düşünülmüş talan etmə siyasətindən öncəki və münaqişənin fəal dövrünün sonundan sonrakı vəziyyət ilə tanış olmağa kifayət edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR