Bank Of Baku

Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək

Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək
# 22 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bu məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir bildirib ki, bu ilin sonunda birinci binasında əsaslı təmiri başa çatacaq Azərbaycan Dövlət İncəsənət Muzeyinin bir sıra tanınmış muzeylərlə əməkdaşlığı nəzərdə tutulur: “İlin sonuna kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin birinci hissəsini təhvil verəcəyik və artıq tam gücü ilə yeni şəraitdə işləyəcəyik. Gələn ildən etibarən isə rəssamların fərdi sərgilərinin təşkilini həyata keçirməliyik. Xalça Muzeyinin də tikintisini nəzərdə tutduğumuz vaxtda yekunlaşdırmaq istəyirik. Ondan sonra bizim qalereya imkanlarımız xeyli genişlənəcək”. Nazir Azərbaycan və Belarus teatrları arasında da mübadilənin gücləndirəcəyini vurğulayıb. O, yaxın vaxtlarda hər iki ölkənin opera və balet teatrlarının qarşılıqlı qastrollarının təşkil olunacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR