Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 oktyabr 2008 15:24 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı “Derinlikler” sənət mərkəzində azərbaycanlı rəssam Hümmət Qaracanın “Dörd mövsüm İstanbul” adlı sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə H. Qaracanın son vaxtlar çəkdiyi 40 yağlı boya tablosu nümayiş etdirilir. Bu, H. Qaracanın “Derinlikler” sənət mərkəzində açılan üçüncü fərdi sərgisidir. Mərkəzin sahibi Mahmud Müftüoğlu yaxın vaxtlarda İtaliya, İngiltərə və ABŞ-da H. Qaracanın sərgilərini açacaqlarını bildirib. Sərginin açılışında nümayiş etdirilən tabloların yarıdan çoxu satılıb.

Qeyd edək ki, 1956-cı ildə Borçalı mahalında anadan olan H. Qaraca yaradıcılığını 1992-ci ildən bəri Türkiyədə davam etdirir. Onun indiyə qədər Türkiyədə 20 fərdi sərgisi açılıb, əsərləri bir çox qrup sərgisində nümayiş etdirilib. 2007-ci il iyunun 7-də keçirilən hərracda Hümmət Qaracanın Atatürk portreti rekord qiymətə - 400 min dollara satılıb. Bu, bir azərbaycanlı rəssamın indiyə qədər satılan ən bahalı əsəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR