Bank Of Baku

Bakıda Belarus xalq rəssamının sərgisi açılıb

Bakıda Belarus xalq rəssamının sərgisi açılıb
# 22 oktyabr 2008 15:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bədii Sərgi Salonunda Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində Belarusun xalq rəssamı Qavriil Vapşenkonun fərdi yaradıcılıq sərgisi açılıb. APA xəbərinə görə, tədbirdə çıxış edən Belarusun mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko sərgini yüksək qiymətləndirib. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov Q. Vapşenkonun yaradıcılığı ilə hər zaman maraqlandığını qeyd edərək, onun Azərbaycanda sərgisinin açılmasının sevindirici hal olduğunu deyib. Q. Vapşenki özü də açılış mərasimində çıxış edib. Rəssam sərgidə nümayiş olunan əsərlərini yubileyi üçün hazırladığını bildirib.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə iştirak edib. Sərgi oktyabrın 24-nə kimi nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR