Bank Of Baku

Muzey Mərkəzində bəstəkar Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgi açılıb

Muzey Mərkəzində bəstəkar Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgi açılıb
# 23 oktyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgisinin açılışı keçirilib. APA-nbın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əmədkar incəsənət xadimi Cəmil Quliyev sərgidə bir neçə ay bundan əvvəl Kanada vətəndaşının şəxsi arxivindən Dövlət Film Fonduna təqdim olunmuş Fikrət Əmirovun fotoşəkillərinin nümayiş olunduğunu bildirib. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli F. Əmirovun Azərbaycan mədəniyyət tarixində və bəstəkarlıq məktəbində unudulmaz iz qoyduğunu vurğulayıb. Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova simfonik muğamları ilə dünyaya səs salan Fikrət Əmirovun Azərbaycanda bəstəkarlıq məktəbinin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Qeyd edək ki, F. Əmirov “Səhər”, “Böyük dayaq”, “Yaşamaq gözəldir, qardaşım”, “Mən ki, gözəl deyildim”, “Ömrün səhifələri”, “Firəngiz” və başqa filmlərə musiqi bəstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR