Bank Of Baku

Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq

Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq
# 24 oktyabr 2008 08:49 (UTC +04:00)
Bakı-APA. Noyabrın 1-dən 15-dək Nyu-Yorkun “Gallery MC” salonunda Azərbaycan rəssamı Rasim Babayevin əsərlərindən ibarət sərgi açılacaq. BU barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Sərgi “Azerbaijan Art Exhibition” adlanır. Qeyd edək ki, Rasim Babayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Onun əsərləri bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Azərbaycanlı rəssamın Tretyakov Qalereyasında və Şərq xalqları incəsənəti muzeyində də əsərləri saxlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR