Bank Of Baku

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək
# 24 oktyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək. Bu barədə APA-ya məlumat verən ansamblın bədii rəhbəri, xalq artisti Afaq Məlikova deyib ki, səfər noyabrın sonlarına təsadüf edəcək. Səfər çərçivəsində isə Azərbaycan rəqqasları alman tamaşaçıları qarşısında solo proqramla çıxış edəcək. A. Məlikova deyib ki, konsert Almaniyada keçirilən Azərbaycan İlinin bağlanışı münasibəti ilə təşkil olunacaq. A. Məlikova konsert proqramında bir çox rəqslərin ifa olunacağını vurğulayıb. Noyabrın 28-də baş tutacaq açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzun dərə”, “Cəngi”, “Nəlbəki”, “Odlar Yurdu”, “Qobustan”, “Yallı” və digər rəqslər nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR