Bank Of Baku

Kinorejissor Ağarza Quliyevin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib

Kinorejissor Ağarza Quliyevin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
# 24 oktyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində kinorejissor-kinoaktyor Ağarza Quliyevin anadan olmasının 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev mərhum kinorejissorun bildirib ki, A. Quliyev Azərbaycan milli kinosunun yaradıcılarından biri olmaqla yanaşı, kinematoqrafiya sahəsində böyük yaradıcılıq yolu keçib. A. Quliyevin nəcib insan olduğunu xüsusi vurğulayan C. Quliyev 20-30-cu illərdə Azərbaycan kinosunun məhz onun adı ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, A. Quliyev “Gilan qızı”, “İlk komsomol buruğu”, “Əziz adamlar”, “Qızıl kol” və digər filmlərdə müxtəlif rollar ifa edib və C. Cabbarlı, A. M. Şərifzadə, M. Mikayılov kimi sənətkarlarla birgə işləyib: “1930-cu ildə azərbaycanlı aktyor Gürcüstana dəvət olunmuş, burada istehsal olunan “Görüş” filmində mühəndis Əhməd rolunda çəkilib. Sonrakı illərdə Ağarza Quliyev “Mən ki, gözəl deyildim” filmində Rəhim baba və “Sevil” film-operasında Babakişi rollarının ifa edib”. Rejissor kimi isə A. Quliyev “Direktiv bant”, “Səhər”, “Ulduz”, “Mən ki, gözəl deyildim” bədii filmlərinə quruluş verib və onlarla sənədli film çəkib. Tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə isə A. Quliyevin sovet və xarici ölkə filmlərinin Azərbaycan dilində səsləndirilməsi istiqamətində də böyük iş apardığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR