Bank Of Baku

Müasir İncəsənət Mərkəzində Gürcüstanın qadın rəssamı Sofiko Çixikovadzenin fərdi sərgisi açılıb

Müasir İncəsənət Mərkəzində Gürcüstanın qadın  rəssamı Sofiko Çixikovadzenin fərdi sərgisi açılıb
# 24 oktyabr 2008 16:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Müasir İncəsənət Mərkəzində Gürcüstanın qadın rəssamı Sofiko Çixikovadzenin fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov rəssamın yaradıcılığını yüksək qiymətləndirib. O bildirib ki, bu, Moskvada çox məşhur olan rəssamın Azərbaycanda ilk sərgisidir: “Əsərlərinə baxanda artıq onun nə dərəcədə istedadlı olduğu məlum olur. Düzdür, əsərlərində Gürcüstanın bir sıra tanınmış rəssamlarının yaradıcılığı hiss olunur, ancaq onun öz yolu olduğu da göz önündədir. Ümidvaram ki, bu Sofikonun Bakıda ilk sərgisi olsa da, son sərgisi olmayacaq və mütəmadi olaraq belə sərgiləri paytaxtımızda təşkil edəcək”. Sərgidə çıxış edən S. Çixikovadze isə Bakıda sərgisinin açılmasından məmnun olduğunu dilə gətirib və bundan sonra yeni əsərləri ilə azərbaycanlı sənətsevərlərin qarşısına çıxacağını qeyd edib. Sərgidə rəssamın rəngkarlıq janrında 60-a yaxın əsəri nümayiş etdirilib. Sərginin nümayişi bir həftə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR