Bank Of Baku

Müslüm Maqomayevin yaxınları: “Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi”

Müslüm Maqomayevin yaxınları: “Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi”
# 25 oktyabr 2008 10:39 (UTC +04:00)
Müğənninin Moskvadakı evindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında dünya şöhrətli müğənninin səhhəti pisləşib: “Biz təcili yardım çağırdıq. Həkimlər gələndə artıq o, həyatda yox idi. Biz şok içindəyik”.

Mərhumun ailəsindən onu da bildiriblər ki, M. Maqomayevin səhhəti son zamanlar tez-tez pisləşib. Bir neçə dəfə yaxınları onu xəstəxanaya yerləşdirmək istəsələr də, o, evində qalmaq istəyib.

Ailəsindən M. Maqomayevinin dəfninin nə zaman keçiriləcəyi barədə hələ dəqiqləşdirmə aparılmadığını da deyiblər.

Qeyd edək ki, M. Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib.

1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.

Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR