Bank Of Baku

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Lənkəran teatrında yeni tamaşanın premyerası olub
# 27 oktyabr 2008 23:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. APA-nın Cənub bürosunun məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatı Təranə Fərəcovanındır. Tamaşada əsas rolları aparıcı aktyorlardan Eynəli Nurullayev, Miraslan Ağayev, Sucəddin Mirzəyev, Niftulla Əsgərov və başqaları ifa ediblər. Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, yaradıcı kollektiv ilin sonuna kimi Hidayətin “Məni qınamayın” və gürcü dramaturqu Otia İosialeninin “Altı qarımış qız və bir kişi” əsərlərinin tamaşalarını da sənətsevərlərə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR