Bank Of Baku

Əslən Bakıdan olan Mstislav Rastropoviçin Moskvada qəbirüstü abidəsinin açılışı olub - FOTO

Əslən Bakıdan olan Mstislav Rastropoviçin Moskvada qəbirüstü abidəsinin açılışı olub - <font color=red>FOTO</font>
# 27 oktyabr 2008 16:21 (UTC +04:00)
Moskva - APA. Oktyabrın 27-də Moskvadakı Novodeviçye qəbiristanlığında məşhur violonçel ustası və dirijor Mstislav Rastropoviçin abidəsinin açılışı olub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, açılış mərasimində M. Rastropoviçin həyat yoldaşı Qalina Vişnevskaya və qızları, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Moskva Filarmoniyası bədii kollegiyasının sədri Aleksey Şalaşov, skripkaçı və dirijor Vladimir Spivakov və digər mədəniyyət xadimləri iştirak ediblər.

İki metrlik xaçdan ibarət olan abidə ağ, qara və qırmızı çalarlı mərmərdən hazırlanıb. Abidənin müəllifi kilsə memarlığı üslubunda işlər üzrə usta İrina Rodionovadır.

Qeyd edək ki, Bakıda doğulmuş M. Rastropoviç 2007-ci il aprelin 27-də 80 yaşında vəfat edib. Azərbaycan paytaxtında onun və atasının adını daşıyan Mstislav və Leopold Rastropoviçlər küçəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR