Bank Of Baku

Lənkəran teatrında Türkmənistan və Türkiyə rejissorları tamaşalar hazırlayacaq

Lənkəran teatrında Türkmənistan və Türkiyə rejissorları tamaşalar hazırlayacaq
# 28 oktyabr 2008 08:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində iki xarici rejissorun quruluşunda yeni tamaşalar hazırlanacaq. Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, Türkmənistanın xalq artisti, rejissor Kakacan Aşurov teatrda görkəmli qırğız yazıçısı Çigiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında səhnələşdirilmiş “Manqurt” əsərinə quruluş verəcək. Qardaş Türkiyədən dəvət olunan rejissor Yavuz Atacan isə türk yazıçısı Turqut Özakmanın “Ocaq” pyesini tamaşaya qoyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR