Bank Of Baku

Sevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək

Sevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək
# 30 oktyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Sevda Ələkbərzadə oktyabrın 31-dən Avropa ölkələrinə turneyə çıxacaq. Bu barədə APA-ya məlumat verən müğənni bildirib ki, bu turne Avstriyanın “Sargfabrik” Mədəniyyət Mərkəzi və Almaniyanın “Elen Music” Musiqi Agentliyinin dəvətə ilə həyata keçiriləcək. Noyabrın 8-dək davam edəcək səfər çərçivəsində S. Ələkbərzadənin noyabrın 5-də keçiriləıcək Vyana Musiqi Festivalında da iştirakı nəzərdə tutulur. Sözügedən festivalda S.Ələkbərzadə “Salam, şərq mədəniyyəti” adlı etno-caz stilində olan proqramla Azərbaycanı təmsil edəcək. Bununla bərabər müğənni Avstiya və Almaniyada solo konsert proqramı ilı çıxış edəcək. Turnedəki konsertlərdə S.Ələkbərzadəni fortepianoda Emil İbrahim, tarda Malik Mansurov, nağarada Natiq Şirinov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Vaqif Əliyev müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR