Bank Of Baku

Muğam Teatrında “Dağları tərpədən fəryad” kitabının təqdimatı keçirilib

Muğam Teatrında “Dağları tərpədən fəryad” kitabının təqdimatı keçirilib
# 30 oktyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muğam Teatrında yazıçı-publisist Flora Xəlilzadənin “Dağları tərpədən fəryad” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitab Azərbaycanın əməkdar artisti Yaqut Abdullayevaya həsr olunub. Tədbirdə çıxış edən Flora Xəlilzadə Yaqut Abdulayeva ilə uzun illərdən bəri dost olduğunu, onun sənətinə pərəstiş etdiyini deyib. Müəllif qələmə aldığı kitabın onun sənətinə verilən qiymət olduğunu deyib. Təqdimat mərasimində çıxış edən professor Qəzənfər Paşayev deyib ki, Yaqut Abdullayeva efirlərdən kənarda qalsa da, unudulmur. Millət vəkili Qənirə Paşayeva İncəsənət Universitetinin dosenti olan müğənninin Azərbaycan mədəniyyətinə töhfələr verdiyini, tələbələr yetişdirdiyini bildirib. Qeyd olunub ki, Y. Abdullayeva 35 ildir ki, professional səhnədədir. Müğənni 1973-cü ildən Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının solistidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR