Bank Of Baku

Nahid Emiloğlu vəzifəyə təyin olunub

Nahid Emiloğlu vəzifəyə təyin olunub
# 01 noyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Səs Organization”un rəhbəri Nahid Şükürov (Emiloğlu) vəzifəyə təyin olunub. Nahid Emiloğlu APA-ya bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin Musiqi Ansamblları Birliyinin direktoru təyin edilib: “Bu birlik 1997-ci ildən fəaliyyət göstərir, 2002-ci ildə isə birliyin fəaliyyəti nizamnamə ilə təsdiqlənib. Birliyin fəaliyyətində bir sıra yeniliklər etməyi nəzərdə tuturam”.

N. Emiloğlu bildirib ki, bundan sonra onun təşkilatçılığı ilə keçiriləcək tədbirlərin sayı daha da artacaq: “Dövlətin dəstəyi ilə bayram tədbirləri, konsertlər təşkil edəcəyik. Eyni zamanda yerli teatrların, sənətçilərin əyalətlərdə silsilə konsertlərini keçirəcəyik. Bununla yanaşı, paytaxtda konsertlərini təşkil etdiyim türk və xarici müğənnilərin Azərbaycanın rayonlarında da çıxışlarının təşkilini planlaşdırıram”.

Təyinatının “Səs Organization”un fəaliyyətinə mənfi təsir göstərməyəcəyini vurğulayan N. Emiloğlu bundan sonra daha çox layihələrə imza atmağı düşündüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR