Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Tatyana Mardasova 70 illik yubileyi münasibəti ilə mükafatlandırılıb

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Tatyana Mardasova 70 illik yubileyi münasibəti ilə mükafatlandırılıb
# 03 noyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Tatyana Mardasovanı 70 illik yubileyi münasibəti ilə mükafatlandırıb. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Tatyana Mardasova 1966-cı ildə Qnesin adına musiqi məktəbinin aktyorluq fakültəsini bitirib. Bir müddət Xabarovsk şəhərində Musiqili Komediya Teatrında çalışan T. Mardasova 1967-ci ildə isə Azərbaycan xalq artisti, rejissor Şəmsi Bədəlbəylinin dəvəti ilə Bakıya gəlib və Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib. Tatyana Arsenyevna Mardasova Musiqili Komediya Teatrında aktrisa kimi çalışdığı müddətdə “Filumena Marturano” tamaşasında Luçiya, “Pominlanaya molitva”da Qolde, “Odnajdı v Baqdade”də Yevnux, “Silva”da Satassi, “Maritsa”da Knyaginya Bajena, “Vesyolaya vdova”da Valentina, Miliça, “Bayadera”da Marietta, “Perekryostok”da Roza, “Semeyniy uikend”də Madam Valtd, “Mənim sevimli vəhşim”də Marqo, “Nəsrəddinin sonuncu məhəbbəti”ndə 1-ci arvad, “Qollandoçka”da Elli, “Qırmızı papaq”da Nənə, “Düyməcik”də Böcək, Yulianna, “İki küpəgirən qarı”da Dunya, “Nu volk, poqadi!”də Nənə və digər obrazlar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR