Bank Of Baku

Türkiyədə yazıçı Elçinin “Arılar arasında” tamaşası nümayiş etdirilib

Türkiyədə yazıçı Elçinin “Arılar arasında” tamaşası nümayiş etdirilib
# 03 noyabr 2008 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Ankara, Tarsus və Konyada xalq yazıçısı Elçinin “Arılar arasında” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, yaradıcı kollektivin səfəri bələdiyyə başçılarının dəvəti ilə həyata keçirilib. Səfərdə teatrın direktoru Maqbet Bunyatovun rəhbərliyi ilə 20 nəfərlik heyət iştirak edib. Türkiyə tamaşaçıları qarşısında teatrın 135 illik yubileyi ilə əlaqədar nümayiş olunan tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Tamaşanın rollarında xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişikyeva, Münəvvər Əliyeva, artistlər Elşən Cəbrayılov, Şəhla Əliqızı, Rəşad Bəxtiyarov və başqaları çıxış ediblər. Qastrol səfəri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olub. Akademik Milli Dram Teatrı öz repertuarında olan yeni tamaşaların mütəmadi şəkildə Türkiyədə nümayiş etdirməyi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR