Bank Of Baku

Qara Qarayevin “Yeddi gözəl” baletinin yeni quruluşda premyerası noyabrın 29-da keçiriləcək

Qara Qarayevin “Yeddi gözəl” baletinin yeni quruluşda premyerası noyabrın 29-da keçiriləcək
# 03 noyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti yeni quruluşda hazırlanır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baletin premyerası noyabrın 29-da keçiriləcək. Premyerada görkəmli bəstəkarın ailə üzvlərinin iştirakı planlaşdırılır.
Qeyd edək ki, baletin ilk tamaşası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Yeni quruluşda hazırlanan “Yeddi gözəl” baletinin quruluşçu baletmeysteri tanınmış xoreoqraf, çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, “Dans-Open” festivalının bədii rəhbəri, UNESKO-nin Rəqs Şurasının üzvü Vasili Medvedyevdir. Baletin libretto müəllifi Türkiyədə yaşayan srus əsilli yazıçı Yana Temizdir. Bu libretto əsasında Moskvadan olan istedadlı rəssam Dmitri Çorbadjı tamaşa üçün dekorasiya eskizləri hazırlayıb. Baletin səhnə kostyumlarının müəllifi isə Azərbaycanın əməkdar rəssamı Tahir Tahirovdur. Tamaşanın musiqi rəhbəri və dirijoru Elşad Bağırovdur. 20 ildən artıqdır ki, Türkiyədə yaşayan Elşad Bağırov İstanbul Opera və Balet Teatrında çalışır. Tamaşada əsas rolları teatrın balet truppasının aparıcı solistləri - əməkdar artistlər Gülağazı Mirzəyev, Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Alsu Qimadiyeva və başqaları ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR