Bank Of Baku

Bakıda beş rəssamın sərgisi keçiriləcək

Bakıda beş rəssamın sərgisi keçiriləcək
# 04 noyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 14-də Vəcihə Səmədova adına Mərkəzi Sərgi salonunda Azərbaycanın beş rəssamının sərgisinin açılışı keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının üzvü Ənvər Qarayev APA-ya deyib ki, sərgidə miniatür sənəti əsasında işlənmiş əsərlər nümayiş etdiriləcək. Sərgidə Azərbaycanın xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov, Rafiz İsmayılov, əməkda rəssam Nüsrət Hacıyev və rəssam Orxan Hüseynovun 70-ə yaxın əsəri sənətsevrələrin ixtiyarına veriləcək. Ə. Qarayev onu da deyib ki, noyabrın sonunda Berlində azərbaycanlı rəssam İsa Məmmədovun əsərlərindən ibarət sərgisi açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR