Bank Of Baku

Naxçıvan Dövlət Uşaq Teatrı yeni mövsümü açıb

Naxçıvan  Dövlət Uşaq Teatrı  yeni  mövsümü açıb
# 05 noyabr 2008 00:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Dövlət Uşaq Teatrı yeni mövsümə başlayıb. Teatrın direktoru, Azərbaycanın əməkdar artisti Elmira Kərimovanın APA-nın yerli bürosuna verdiyi məlumata görə teatr yeni mövsümün ilk tamaşası kimi uşaqlara “Yaxşılıq itmir” tamaşasını təqdim edilib. Tamaşanın təqdimatı Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutub. E. Kərimova bildirib ki, teatr kollektivi müvəqqəti olaraq məşqlərini bu teatrda həyata keçirəcək.
Qeyd edək ki, sözügedən teatr ölkə ərazisində fəaliyyət göstərən və kollektivinin tam əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət olan yeganə teatrdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR