Bank Of Baku

Bakı Kamera Teatrında “Sezar və Kleopatra” əsəri səhnələşdirilir

Bakı Kamera Teatrında “Sezar və Kleopatra” əsəri səhnələşdirilir
# 04 noyabr 2008 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Kamera Teatrında yeni əsərlərin səhnələşdirilməsinə başlanılıb. Teatrın aktyoru, əməkdar artist Şövqü Hüseynov deyib ki, hazırda teatrın yaradıcı kollektivi “Sezar və Kleopatra” əsəri üzərində məşq edir. İrina Perlovanın quruluşunda hazırlanan tamaşanın baş rollarında Şövqü Hüseynov (Sezar) və Gülər Nəbiyeva (Kleopatra) çıxış edəcəklər. Noyabrın ortalarında isə teatrın yaradıcı kollektivi Şəmkirə qastrol səfərinə gedəcək. Səfər çərçivəsində yaradıcı heyət Mirzə Fətəli Axundovun “Hekayəti Xırs-Quldur basan” tamaşası ilə çıxış edəcək. Gələn ilin aprelində isə Bakı Kamera Teatrı ölkəmizi İranda keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək. Ş. Hüseynovun sözlərinə görə, həmin festivalda teatr kollektivinin iştirakı ilə yeni tamaşalardan biri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR