Bank Of Baku

Amerikalı diplomat: “Müslüm Maqomayevi Amerikada Elvis Presli və Frenk Sinatra ilə müqayisə edirlər”

Amerikalı diplomat: “Müslüm Maqomayevi Amerikada Elvis Presli və Frenk Sinatra ilə müqayisə edirlər”
# 05 noyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Müslüm Maqomayev onu Amerikada tanıyanların xatirində əbədi qalacaq”. Bunu APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi Dmitri Taraxovski deyib. “Maqomayev Amerikada təkcə emiqrantlar deyil, mən və mənim müasirlərim üçün də gözəl müğənni olmaqla yanaşı, həm də təmiz insan, vətəndaş, özünü heç bir şeylə ləkələməyən bir şəxs idi” söyləyən D. Taraxovski ABŞ-da M. Maqomayevin Elvis Presli və Frenk Sinatra ilə müqayisə olunduğunu bildirib. Bu itkidən Azərbaycan xalqı ilə birgə kədərləndiyini deyən diplomat klassik ənənələr üzərində tərbiyə almış M. Maqomayevin istənilən janrda ən yüksək səviyyədə ifaçılıq qabiliyyətinə malik olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR