Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının aktyorları 7 saylı Cəzaçəkmə Müəssisəsində tamaşa nümayiş etdiriblər

Gənc Tamaşaçılar Teatrının aktyorları 7 saylı Cəzaçəkmə Müəssisəsində tamaşa nümayiş etdiriblər
# 05 noyabr 2008 13:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Gənc Tamaşaçılar Teatrının truppası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar üçün tamaşa nümayiş etdiriblər. APA-nın məlumatına görə, tamaşa başlanmazdan öncə çıxış edən müəssisəsinin rəisi Şahin Osmanov bildirib ki, məhkumların boş vaxtlarının səmərəli keçməsi üçün xidmətin rəhbərliyi müvafiq işlər görür. Ş. Osmanov bu kimi ədəbi-bədii tədbirlərin cəzaçəkmə müəssisində davamlı keçirildiyini də deyib. Teatrın direktoru Mübariz Əhmədovun sözlərinə görə, teatr indiyə qədər dəfələrlə cəzaçəkmə müəssisələrində məhkumlar qarşısında çıxış edib. O, ilin sonuna qədər daha bir neçə müəssisədə tamaşa göstərəcəklərini söyləyib. Sonra teatrın kollektivi Əhməd Orucoğlunun müəllifi, xalq artisti Ağaxan Salmanlının rejissoru olduğu “Nənənin kələyi” adlı tamaşa nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR