Bank Of Baku

Boris Yevsayevin “Hekayələr” kitabını Azərbaycan dilində nəşr olunub

Boris Yevsayevin “Hekayələr” kitabını Azərbaycan dilində nəşr olunub
# 10 noyabr 2008 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Slavyan Universitetinin (BSU) “Kitab aləmi” nəşriyyatında Boris Yevsayevin “Hekayələr” kitabını Azərbaycan dilində nəşr etdirilib. BSU-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycanda ilk dəfə nəşr olunmuş bu kitabı Azərbaycan dilinə BSU-nin tələbə və magistrləri tərcümə edib. Kitabda ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Kamal Abdulladır.
Çağdaş Rusiya ədəbiyyatının ən populyar nümayəndələrindən biri sayılan Boris Timofeyeviç Yevseyev Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və çoxsaylı ədəbi jurnalların mükafatlarına layiq görülüb. Onun nəsri və şeirləri ingilis, alman, ərəb və başqa dillərə tərcümə edilib. Onu da deyək ki, ötən illərdə o, BSU rəhbərliyinin dəvəti ilə bir neçə dəfə BSU-nun qonağı olub, burada silsilə mühazirələr oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR