Bank Of Baku

Vaqif Mustafayevin “Xüsusi Təyinat” sənədli filmi XI Avrasiya Teleforumunun “Qran Pri” mükafatına layiq görülüb

Vaqif Mustafayevin “Xüsusi Təyinat” sənədli filmi XI Avrasiya Teleforumunun “Qran Pri” mükafatına layiq görülüb
# 11 noyabr 2008 13:19 (UTC +04:00)
Bakı-APA. Rusiya Kinematoqrafçılar İttifaqının Kino Evində keçirilən XI Avrasiya Teleforumunda Azərbaycanın tanınmış kinorejissoru, xalq artisti Vaqif Mustafayev 20-dən çox ölkənin kino və televiziya xadimləri üçün “Gülüş insanları yaxınlaşdırır” mövzusunda ustad dərsi keçib. APA-nın xəbərinə görə, Vaqif Mustafayevin Heydər Əliyevin Baykal Amur Magistralındakı fəaliyyətinə həsr olunan “Xüsusi Təyinat” sənədli filmi festivalın “Qran Pri” mükafatını alıb.
Qeyd edək ki, bu, tanınmış kinorejissorun Heydər Əliyevə həsr olunmuş silsilə filmlərindən mükafata layiq görülən sayca üçüncü filmidir. Bundan əvvəl “Əsl məhəbbət haqqında” və “Bir həsədin tarixi” sənədli filmləri mükafatlandırılıb. V. Mustafayev XI Avrasiya Teleforumunda Beynəlxalq Jurnalistlər İttifaqının ordeni ilə də təltif olunub
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR