Bank Of Baku

Türkiyədə XIII Beynəlxalq Ankara Teatr Festivalı keçiriləcək

Türkiyədə XIII Beynəlxalq Ankara Teatr Festivalı keçiriləcək
# 11 noyabr 2008 13:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 14-30 noyabr tarixlərində Türkiyədə XIII Beynəlxalq Ankara Teatr Festivalı keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, rejissor Əliqismət Lalayev festivalda həm münsiflər heyətinin, həm də festivalın tənqidçilər qrupunun üzvü olaraq iştirak edəcək. 1996-cı ildən bəri hər il təşkil olunan Beynəlxalq Ankara Teatr Festivalı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Nazirliyin Dövlət Teatrları Baş idarəsi, habelə ayrı-ayrı bələdiyyə və xarici səfirliklərin dəstəyi ilə həyata keçiriləcək. Festivala yerli və xarici ölkə teatrları daxil olmaqla 44 teatr qatılacaq. 550-600 sənətçi 16 gün ərzində 27 fərqli məkanda sənətsevərlərin qarşısında çıxış edəcəklər. Bu il festival çərçivəsində əlavə olaraq sosial layihə də həyata keçiriləcək. Bu layihə çərçivəsində ümumiyyətlə teatra getməyən insanlar pulsuz olaraq tamaşalara dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR