Bank Of Baku

Müslüm Maqomayevin oğlu olduğunu iddia edən ABŞ vətəndaşı mərhum sənətkarın varidatından pay istəyir

Müslüm Maqomayevin oğlu olduğunu iddia edən ABŞ vətəndaşı mərhum sənətkarın varidatından pay istəyir
# 12 noyabr 2008 13:00 (UTC +04:00)
Moskva-APA. Müslüm Maqomayevin oğlu olduğunu iddia edən ABŞ vətəndaşı mərhum sənətkarın varidatına iddia edib. APA-nın “Jizn” qəzetinə istinadən yaydığı məlumata görə, adı Müslüm-Daniel olan şəxs Müslüm Maqomayevin altı il vətəndaş nikahı ilə yaşadığı Lyudmila Karevanın övladıdır. Mərhumun həyat yoldaşı Tamara Sinyavskaya Müslüm Maqomayevin varidatına iddia edən şəxsin onun övladı olmadını əminliklə bildirib: “Müslümlə Lyudmilanın arasında böyük sevgi münasibətləri olub. Lakin 70-ci illərdə Lyudmila Amerikaya köçüb. Orada onun oğlu dünyaya gəlib və adını da Müslüm qoyub”. Qeyd edək ki, uzun illər sonra Lyudmila Kareva övladının Müslüm Maqomayevin oğlu olduğunu deyib. Lakin Müslüm Maqomayev mətbuata verdiyi açıqlamada bunu inkar edib: “Mənim bu qadınla onun iddia etdiyi kimi 16 il deyil, 6 il vətəndaş nikahımız olub. Bizim övladımız olmayıb. Əgər mənim oğlum olsaydı, mən ondan heç zaman imtina etməzdim. Əksinə, fəxr edərdim. Ayrıldıqdan sonra biz normal münasibətləri qoruyub saxlamışıq. Onun Tamara Sinyavskaya ilə də normal ünsiyyəti olub. İndi isə... Görünür, bu qadın ya özündə olmayıb, ya da sensasiya naminə bu addımı atıb”. Müslüm Maqomayevin qızı Marina da Lyudmila Karevanın oğlunun onun qardaşı olmadığını bildirib: “O, mənim atamın övladı deyil. Atam hələ sağlığında deyirdi: “Mən alicənab və nəcib insanam. Öz övladlarımdan heç zaman imtina etmərəm. Amma o mənim oğlum deyil, hətta bilirəm ki, kimin oğludur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR