Bank Of Baku

Azərbaycan paytaxtında “Mənim Azərbaycanım” adlı rəsm sərgisi başlayıb

Azərbaycan paytaxtında “Mənim Azərbaycanım” adlı rəsm sərgisi başlayıb
# 13 noyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün “Uşaq Dünyası” Rəsm Qalereyasında “Mənim Azərbaycanım” adlı rəsm sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilib. Sərgidə 6 incəsənət məktəbinin 12-dən artıq şagirdinin müxtəlif mövzularda çəkilmiş rəsmləri nümayiş olunub.

Sərginin açılışında çıxış edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev idarənin balansında olan məktəblər arasında bu tipli sərgilərin mütəmadi olaraq təşkil olunacağını bildirib. O, bu cür tədbirlər gənc istedadlara diqqət və qayğı göstərmək, eləcə də onları stimullaşdırmaq məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR