Bank Of Baku

Azərbaycanlı Kamran Şahmərdan Finlandiyada “İlin rəssamı” seçilib

Azərbaycanlı Kamran Şahmərdan Finlandiyada “İlin rəssamı” seçilib
# 14 noyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Finlandiyada yaşayan həmyerlimiz, “Ağ və qara” teatrının bədii rəhbəri Kamran Şahmərdan Finlandiyanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb və “İlin rəssamı” seçilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov APA-ya bildirilib ki, mükafatların təqdim olunması mərasimi Kouvola şəhərində keçirilib.
Qeyd edək ki, Kamran Şahmərdan 1972-ci ildə Bakı şəhərində anadan olub və 1999-cu ildə İsveçin Stokholm şəhərinin İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib. 10 ilə yaxın İmatra şəhərində yaratdığı sintetik janrlı “Ağ və qara” teatrında rejissor kimi fəaliyyət göstərib. Hazırda isə həmyerlimiz Helsinki şəhər teatrında işləyir.
O, “İbrus” teatrında fransız dramaturqu Jan Koktonun “Tənha səs” adlı əsərinə quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR