Bank Of Baku

Bakıda “Şərqdən Şərqə” adlı miniatür əsərlər sərgisi açılıb

Bakıda “Şərqdən Şərqə” adlı miniatür əsərlər sərgisi açılıb
# 14 noyabr 2008 15:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda “Şərqdən Şərqə” adı altında Azərbaycanın miniatür rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əsaslı təmirdən sonra Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda təşkil olunan bu sərgini yüksək qiymətləndirib. Nazir Rəssamlar İttifaqının binasının və sərgi salonunun müasir standartlara cavab verəcək formada təmir olunmasından məmnunluq hiss keçirdiyini qeyd edib. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə sərgidə beş rəssamın 100-ə yaxın miniatür əsərinin nümayiş etdirildiyini bildirib: “Bu sərginin keçirilməsində əsas məqsəd qədim muğam və xalça kimi miniatür sənətinin aşıladığı çoxmənalı bədii-estetik dəyərlərin həmişəyaşarlığını bir daha nümayiş etdirməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR