Bank Of Baku

ABŞ-da keçirilən hərracda iki azərbaycanlı rəssamın əsərləri satışa çıxarılıb

ABŞ-da keçirilən hərracda iki azərbaycanlı rəssamın əsərləri satışa çıxarılıb
# 15 noyabr 2008 07:49 (UTC +04:00)
Dallas. Mayis Əlizadə - APA. ABŞ-ın Texas ştatının Dallas şəhərində dünyanın üçüncü böyük hərrac salonu olan “Heritage Auction Gallery”də “Rus sənətləri” adlı hərrac açılıb. APA-nın məlumatına görə, auksionda Azərbaycanın iki tanınmış rəssamı - Mikayıl Abdullayev və Böyükağa Mirzəzadənin 10 tablosu satışa çıxarılıb. M. Abdullayevin “Qorkinin portreti”, “Gülən qadın”, daha əvvəl 60 min dollara satılan “Stalin tabutda” əsərinin başqa variantı, “Hindistan qadınları” tabloları, B. Mirzəzadənin isə “Çılpaq qadın” və “‘Siqaret çəkənlər” adlı tabloları auksiona çıxarılan məşhur sənət əsərləri arasında yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR