Bank Of Baku

İsraildə Müslüm Maqomayevin xatirəsi yad edilib

İsraildə Müslüm Maqomayevin xatirəsi yad edilib
# 17 noyabr 2008 08:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan-İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsrailin “Aşdod” Kamera Opera Teatrında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. Assosiasiyanın baş direktoru Lev Spivakın APA-ya verdiyi məlumata görə, gecədə M. Maqomayevi şəxsən tanıyan insanlar onun yaradıcılığı və insani keyfiyyətləri barədə danışıblar. Teatrın solistləri mərhum sənətkarın repertuarından romanslar və estrada mahnıları ifa ediblər. Tədbirin sonunda natiqlər əllərində şam tutaraq səhnəyə çıxıblar, bütün zal ayağa qalxıb və dahi ifaçının son bəstəsi olan “Proşşay Baku” nəğməsi çalınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR