Bank Of Baku

Bəstəkar Arif Məlikovun 75 illiyinə həsr olunmuş beynəlxalq festival keçiriləcək

Bəstəkar Arif Məlikovun 75 illiyinə həsr olunmuş beynəlxalq festival keçiriləcək
# 17 noyabr 2008 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ xalq artisti, bəstəkar Arif Məlikovun 75 illiyinə həsr olunmuş beynəlxalq festival keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, noyabrın 19-dan 30-dək keçiriləcək festival çərçivəsində şəhər və rayonlarda klub, kitabxana və muzeylərdə, uşaq musiqi və incəsənət məktəblərində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində ilk tədbir noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası iştirak edəcək. Konsertin dirijoru Rauf Abdullayevdir. Noyabrın 21-i və 22-də isə Heydər Əliyev Sarayında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin nümayişi təşkil olunacaq. Noyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında Fəxrəddin Kərimovun dirijorluğu ilə növbəti simfonik konsert təşkil olunacaq. Konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Noyabrın 26-da Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun əsərlərindən ibarət kamera konserti, 27-də Bakı Musiqi Akademiyasında A. Məlikovun estrada mahnılarından ibarət konsert, noyabrın 30-da isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə növbəti simfonik konsert keçiriləcək. Bununla yanaşı festival çərçivəsində noyabrın 20-də Bakı Musiqi Akademiyasında A. Məlikovun 75 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında yubilyarın həyat və yaradıcılığına həsr olunmuş səyyar sərgi də nümayiş olunması da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR