Bank Of Baku

Azərbaycanın xalq artisti Vəli Qədimov iflic olub

Azərbaycanın xalq artisti Vəli Qədimov iflic olub
# 17 noyabr 2008 16:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tanınmış klarnet ifaçısı, Azərbaycanın xalq artisti Vəli Qədimov iflic olub. Hazırda ev şəraitində ciddi müalicə olunan V. Qədimov APA-ya açıqlamasında hadisənin üç ay əvvəl qəflətən baş verdiyini deyib. Sənətkar həmin vaxtdan sol qolunun fəaliyyətini itirdiyini vurğulayıb: “Həmin vaxtdan ev şəraitində yataq rejimindəyəm. Sol qolumu heç tərpədə bilmirəm, artıq fəaliyyətini itirib. Məni ən çox ağrıdan da budur. Klarnet çalmaq üçün çox darıxıram, ancaq həkimlər üç aydır, buna qəti icazə vermirlər. Ömrümün sonuna kimi daha klarnet çala bilməyəcəyəm”.

68 yaşlı sənətkar bu alətə uşaqlığından aludə olduğunu vurğulayıb: “Uşaqlıdan mən bu alətdən ayrı qala bilmirəm. İndi isə-isə baxa-baxa qalmışam. Çox təəssüflənirəm. Həkimlər hətta çölə çıxmağıma belə icazə vermirlər. İflic olan günə kimi klarneti əlimdən yerə qoymamışam. Ancaq üç aydır, əlim ona dəymir”.

Qeyd edək ki, mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR