Bank Of Baku

Türk rejissor Korhan Yurtsever: “Xocalı faciəsi ilə bağlı çəkəcəyim film ermənilərin yuxusunu qaçıracaq”

Türk rejissor Korhan Yurtsever: “Xocalı faciəsi ilə bağlı çəkəcəyim film ermənilərin yuxusunu qaçıracaq”
# 18 noyabr 2008 09:23 (UTC +04:00)
Bakı Kəmalə Quliyeva-APA. Türk rejissoru Xocalı faciəsi ilə bağlı 120 dəqiqəlik film çəkəcək. “Troy film” Yapım Mərkəzinin rəhbəri və çəkiləcək filmin ssenari müəllifi olacaq Korhan Yurtsever APA-ya eksklüziv açıqlamasında bildirib ki, bir müddət əvvəl Türkiyədə erməni məsələsinə həsr olunmuş film çəkib. Türkiyədə çəkilən filmin ssenarisi işlənərkən K. Yurtsever ermənilərin Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı da araşdırmalar aparıb: “Xocalı soyqırımı məni həddən artıq sarsıdıb. 8 aylıq hamilə qadının bir ağaca bağlanıb qarnının yarılıb içindən uşağının çıxarılması heç bir insanlıq normalarına sığmır. Xocalı faciəsini bütün detalları ilə işıqlandıracaq bir filmin çəkilməsi məzarında yatan insanların rahat uyuya bilməsi üçün gərəkdir. Xocalı faciəsi ilə bağlı çəkəcəyim film ermənilərin yuxusunu qaçıracaq. Bu günə qədər belə bir filmi çəkməmək və ya çəkilməsinə dəstək olmamaq ayıbdır”.

K. Yurtsever bildirib ki, Xocalı faciəsi ilə bağlı bir tədqiqatçının əldə edə biləcəyindən artıq məlumat toplayıb. Artıq iki aydır ki, filmin ssenarisi üzərində işlər gedir. Bu proses iki ay ərzində başa çatacaq. Filmdə iştirak edəcək aktyorların bir qismi Türkiyədən gələcək. Lakin K. Yurtsever əsas oyunçuların Azərbaycandan olacağını söyləyib. Texniki avadanlıqların bir qismi Türkiyədən, bir qismi isə Almaniyadan gətiriləcək. K. Yurtseverin sözlərinə görə, çəkilişlərin əsas hissəsini Azərbaycanda, müəyyən fraqmentləri isə Türkiyədə çəkmək nəzərdə tutulub. .

Hələlik Azərbaycanın dövlət qurumlarından filmin çəkilişləri ilə maraqlanan olmayıb: “Film tam mənada mənim şirkətimin məhsulu olacaq. Azərbaycan dövlətinin mənəvi dəstəyinə hər zaman ehtiyacım var. Maddi cəhətdən çox böyük sıxıntımız yoxdur. Ancaq yardım etmək istəyənlərin olduğunu da bilirəm. Adını çəkmək istəmirəm, ancaq dünən neft işləri ilə məşğul olan bir dost mənə dedi ki, bu filmin çəkilişi ilə bağlı nə qədər vəsait lazımdırsa, yardımçı olmağa hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR