Bank Of Baku

“Qılıncoynatma gənc rəssamların gözü ilə” müsabiqəsi yekunlaşıb

“Qılıncoynatma gənc rəssamların gözü ilə” müsabiqəsi yekunlaşıb
# 19 noyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Qılıncoynatma Federasiyası, Təhsil Nazirliyi və Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi “Qılıncoynatma gənc rəssamların gözü ilə” müsabiqəsi yekunlaşıb. APA-nın məlumatına görə, müsabiqəyə 60-a qədər gənc tələbənin əsərləri təqdim olunub. Müsabiqəyə təqdim olunan əsərlərin sərgisində çıxış edən Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Valeh Hacıyev bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkə gənclərinin bu idman növünə marağını artırmaq və Azərbaycanda qılıncoynatma ənənələrini inkişaf etdirməkdir.
Sərginin sonunda müsabiqənin qalibi olan 9 şəxsə diplomlar və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR