Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi İğdırda səfərdə olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi İğdırda səfərdə olub
# 19 noyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi İğdırın qurtuluşunun 88-ci il dönümü münasibəti ilə keçirilən bayram tədbirləri çərçivəsində tamaşa nümayiş etdiriblər. Teatrdan APA-ya verilən məlumata görə, yaradıcı kollektiv İğdır Mədəniyyət Mərkəzində xalq şairi S. Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını və Ü. Hacıbəyovun “O, olmasın, bu olsun” əsərindən bir hissəni göstəriblər. Tamaşada teatrın aktyorlarından xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahevdiyeva, Təzəgül Məmmədova, artistlərdən Atabala Səfərov, Elnur Hüseynov, Günel Məmmədova çıxış ediblər. İğdır şəhər rəhbərliyi kollektivi 2009-cu ilin martında yenidən bölgəyə proqramla çıxış etməyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR