Bank Of Baku

Londonda Sabina Rakçeyevanın rəhbərlik etdiyi trionun konserti təşkil olunub

Londonda Sabina Rakçeyevanın rəhbərlik etdiyi trionun konserti təşkil olunub
# 20 noyabr 2008 07:53 (UTC +04:00)
London-APA. Londonda Azərbaycanın Britaniyadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə həmyerlimiz və skripka ustası Sabina Rakçeyevanın rəhbərlik etdiyi trionun konserti təşkil olunub. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bədii proqram Azərbaycanın ölməz bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunub.

Konsertdə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Freyzer, Londonda akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çelsi-Kensinqton inzibati dairəsinin meri, London ictimaiyyətinin, eləcə də Britaniyada fəaliyyət göstərən tələbə, gənclər, habelə diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov bu kimi tədbirlərin Britaniya ictimaiyyətinin Azərbaycan mədəniyyəti və musiqisi ilə yaxından tanış olmasına xüsusi töhfə verdiyini və bu konsertin onun bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin proqramın dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinin yad edilməsi baxımından gözəl imkan olduğunu əlavə edib. Daha sonra çıxış edən səfir Fəxrəddin Qurbanov Azərbaycan mədəniyyəti və musiqisi ilə bağlı tədbirlərin bir tərəfdən burada yaşayan soydaşlarımızı daha da vətənə bağladığını, digər tərəfdən isə Britaniyanın mədəni müxtəlifliyinə özünəməxsus töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra skripka ifaçısı S. Rakçeyeva və onu müşayiət edən qrupun ifasında müxtəlif növ Azərbaycan muğamlarından, habelə dahi bəstəkar Qara Qarayevin ölməz əsərlərindən parçalar ifa olunub və dünya klassik musiqisindən nümunələr səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR