Xalq artisti Vəli Qədimov: “Zeynəb Xanlarova məni konsertinə dəvət etmədiyi üçün incimişəm” – EKSKLÜZİV-FOTOSESSİYA
- 68 yaşlı Vəli Qədimov özünü necə hiss edir?
- Çox pis. Artıq üç ildir, özümü çox pis hiss edirəm. Sağ tərəfim işləmir. Nə gəzə, nə danışa bilirəm. Daha dözülməzi isə klarneti əlimə ala bilməməyimdir. Çala bilmirəm, qolum işləmir, nə edəcəyimi bilmirəm.
- Müalicə olunursunuz?
- Bir-iki yerə müalicəyə getmişəm, ancaq xeyri yoxdur. Artıq müalicə olunmaqdan da bezmişəm. Onsuz da nəticəsi yoxdur. Xəstəxanada da qala bilmirəm. “Paralic” olmuşam, sağ tərəfim tamam tutulub.
- Vəli Qədimov və klarnet... Bu sözlər Sizə nə deyir?
- Vəlini klarnetdən, klarneti isə Vəlidən ayırmaq olmaz. Mən klarnet üçün yaradılmışam. Klarnet mənim bütün varlığım, bütün həyatım, canım-ciyərim və ən sevimli övladımdır. Üç ildir, klarneti işlədə bilmirəm, deməli Vəli Qədimov üç ildir, yaşamır. Özümü qanadı qırılmış quş kimi hiss edirəm. Quş qanadsız uça bilmir, mən də klarnetsiz yaşaya bilmirəm.
- Sonuncu dəfə klarnetdə hansı musiqini ifa etmisiniz?
- Dəqiq xatırlamıram. Üç il əvvəl olub bu. Musiqini ifa edəndə birdən dayandım. Həmin vaxt bilsəydim ki, bu, sonuncu ifamdır, klarneti əlimdən yerə qoymazdım, qəlbimdəki bütün nəğmələri çalardım. Lap uşaqlıqdan bu alətə ayrı bir sevgim olub. Sevirdim onu... Həyatda arxam, dayağım, yaşamağımın səbəbi olub o.
- Ürəyinizdə çalmaq istədiyiniz nəğmələr qalıbmı?
- O qədər... Ürəyimdə çalınmamış nəğmələr həddindən artıq çoxdur. Bircə çala bilsəydim... Çala bilmirəm, elə bil heç yaşamıram. Bütün günüm evdə keçir. Hərdən yoldaşımla söhbət edirəm. Ancaq vaxtımın çoxunu elə danışmadan, sakitcə pəncərədən çölə baxıb, siqaret çəkməklə keçirirəm. Mən təkliyimdə də musiqiyə sığınıram. Artıq nitqimdə də problemlər yaranıb, çətinliklə danışıram. Ürəyim partlayır, dözə bilmirəm. Gəncliyimin qədrini bilmədim. Günah hamısı özümdədir. Özüm özümü bu günə saldım. Həyatımı puç elədim. Gəncliyimə dönə bilsəydim, yenə də çalardım, klarneti əlimdən yerə qoymazdım. Elə bil ömrümü, övladımı əlimdən alıblar.
- Sizə baş çəkənlər, diqqət göstərənlər varmı?
- Dostlarımdan, ansamblın bütün üzvlərindən diqqət, qayğı gözləyirdim, ancaq bunu məndən əsirgədilər. Halbuki mən onların hamısına arxa-dayaq olmuşam. Neynək, bu da mənim taleyimdir. Düzdür, bəzi yoldaşlar gəlir yanıma. Zeynəb Xanlarova da bir dəfə mənə baş çəkib. İndi yoldaşımla tək yaşayırıq. Üç oğlum, altı nəvəm var. Onlar da yoxlayırlar məni.
- Demək dostlarınızdan narazısınız...
- Əşşi, nə dost? Sən demə, mənim heç dostum yox imiş. Dost-zad boş söhbətdir. Zeynəb Xanlarovanın ansamblını mən yığmışdım. Görün, bu gün o ansamblın üzvlərindən biri gəlir yanıma... Gəlməzlər axı. Çünki daha lazım deyiləm. Unudublar məni. Mən belə bilmirdim. Tək onlar yox, hamı unudub məni.
- Sizi Zeynəb Xanlarovanın noyabrın 5-6-da Heydər Əliyev Sarayında verdiyi konsertdə də görmədik. Niyə gəlməmişdiniz konsertə?
- Dəvət olunmamışdım, necə gələydim? Dəvət olunsaydım, gəlib baxardım konsertə... İncimişəm, heç məni saya da salmadılar. O ansamblı mən yığmışam, ancaq məni konsertə dəvət etmədilər. Mənim bütün həyatım Zeynəb Xanlarovanın ansamblında keçib. Gərək belə etməyəydilər. İncimişəm.
- Sizin danışıb-gülən bir insan olduğunuzu deyirlər. Ancaq nədənsə indi danışmağa həvəsli deyilsiniz...
- Mənim yerimdə kim olsa, ağzını belə açmaz. Qəlbimdə çox sınmışam. Əvvəlki Vəli Qədimov yoxdur indi. Xasiyyətim də çox dəyişib. Bütünlüklə dəyişmişəm. Səbəbini bilmirəm. Bəlkə də xəstəlikdir səbəbi. Klarnet həsrəti məni dəyişdirib. Mən o ansambl üçün canımı verdim, sağlamlığımı itirdim. Əllərindən tutub bataqlıqdan çıxardığım insanlar, daim yardım etdiyim adamlar bu gün məni unudublar. Elə bil heç Vəli Qədimov yox imiş. Yoxa çıxıb hamısı... Başa düşə bilmirəm ki, niyə belə edirlər. Bircə onu deyə bilərəm ki, indi ansambldan əsər-əlamət qalmayıb. Ansamblda çalışmadığım gündən onun vəziyyəti məni qane etmir. Mən gözümü o ansamblda açmışam. Mərhum Rəşid Behbudov onunla işləmək üçün mənə xəbər göndərmişdi. Ancaq getmədim, dedim, Zeynəblə başlamışam, Zeynəblə də qurtaracağam. Sağaldığım gün yenə də o ansamblda işləyəcəyəm. Ansamblın düşdüyü vəziyyətlə barışa bilmirəm.
- Aftandil İsrafilovun ansambldan getməsindən xəbəriniz var?
- Hə, o da getdi. Görək, sonrası necə olacaq. Mən ansamblda olanda heç bir problem yox idi. Hər şey mənim xəstəliyə düşməyimlə bağlıdır. Zülmlə yığdığım ansambl darmadağın oldu.
- Musiqiçi üçün təqaüdə çıxmaq nə deməkdir?
- Başqasını bilmirəm, mənim üçün ölümdür. İndiki kimi. Təqaüddəyəm, prezident təqaüdü alıram. Başqa yerdən də gəlirim yoxdur.
- Dövlət səviyyəsində Sizə qayğı göstərilirmi?
- Yox. Bəlkə də heç xəbərləri yoxdur. Gəlib-gedən, maraqlanan olmayıb. Küsmüşəm, hamıdan, özümdən də küsmüşəm. Qolumdan da küsmüşəm ki, niyə məni yarı yolda buraxdı. Həyatımın ən ağır anlarını yaşayıram. Klarneti əlimə alıb, baxa-baxa qalıram. Bir əlimdə tutub elə baxıram.
- Televizora baxıb, radioya qulaq asırsınızmı?
- Televizora baxmıram. Xoşum gəlmir. Ancaq radioya qulaq asıram.
- Kimə qulaq asırsınız?
- Ancaq Zeynəb Xanlarovaya qulaq asıram, onu tanıyıram. O, hamıya bəsdir də...
- Bəs cavan müğənnilərdən kimə qulaq asırsınız? Röya, Natəvan, Rəqsanə, Nadir Qafarzadə...
- Yox. Onlar kimdir?
- Deyirsiniz ki, hələ də Zeynəb Xanlarovaya qulaq asırsınız. Demək, sənətdə çox vəfalısınız. Ailənizə də bu cür vəfalı olmusunuz?
- Elə deyirlər. İki dəfə evli olmuşam. Birinci evliliyimdən bir oğlum, ikinci evliliyimdən isə iki oğlum var.
- Ailənizdə yolunuzu davam etdirən varmı?
- Nə övladlarımdan, nə də nəvələrimdən yolumu davam etdirən oldu. Özləri istəmədilər, məcbur etmədim. Bu sənət məcburiyyətlə olmur...
- Uzun illər Sizə dostluq elədiyiniz klarneti kiməsə bağışlamaq fikriniz yoxdur ki?
- Onu heç vaxt kiməsə vermərəm. Qoy, elə evimdə xatirə qalsın. Mən onsuz yaşaya bilmərəm.
- İki ildən sonra 70 yaşınızı tamamlayacaqsınız...
- Eh... Hələ görək gedib çata biləcəyəm 70-ə...
- Hansı arzunuzun həyata keçməsini istəyirsiniz?
- Dövlət başçısı mənə ev verib. Onu təmir etdirmək lazımdır. Arzum budur ki, o evi düzəltsinlər, köçüm bir az da o evdə yaşayım.
- Tələbələriniz var?
- Çox təəssüf ki, yoxdur. Yanıma gələnlər olsaydı, sənətin bütün sirlərini onlara öyrədərdim. Öyrənmək istəyən olmadı. Mən özüm musiqini not keçməmiş öyrənmişəm. Gərək, insanın ürəyində istək olsun. Hər şeydən əvvəl budur. İndi belələri çox azdır. Bu səbəbdən də bu gün klarnet ifaçıları sarıdan problemlər var.
- Siqareti əlinizdən yerə qoymursunuz. Bəs bu, səhhətinizə ziyan deyil?
- Çox ziyandır. Hələ indi bur az azaltmışam. Həkimlər qəti qadağan ediblər. Ancaq nə edim, dözə bilmirəm. Mən əvvəldən siqareti çox çəkmişəm. İndi içim içimi yeyən zamanda siqareti necə tərgitim? Onsuz da olan daha olub.
- Ötənlərə boylananda daha çox nəyə təəssüflənirsiniz?
- Hər şeyə, bütün həyatıma. Musiqilər qalıb ürəyimdə, çala bilmirəm.
- Diqqətdən kənarda qalmış bəzi sənətkarlarımız televiziyaya üz tuturlar. Ancaq Sizi heç televiziya ekranlarında da görmürük.
- Mənim belə bir istəyim, arzum yoxdur. Unudulmaqdan da qorxmuram. O qədər konsertlər vermişik, bütün dünyada. O konsertləri versinlər də efirə, niyə vermirlər? Əgər məni elə qiymətləndirirlərsə, konsertləri versinlər.
- Ürəyinizdə qalan sözünüz varmı?
- Mən son sözümü üç il əvvəl klarnetlə demişəm. Daha sözüm qurtarıb.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib