Bank Of Baku

Rusiyanın tanınmış müğənnisi Alsu Bakıya gələcək

Rusiyanın tanınmış müğənnisi Alsu Bakıya gələcək
# 18 iyun 2009 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın tanınmış müğənnisi, “Eurovision-2009” müsabiqəsinin final mərhələsinin aparıcısı Alsu Abramova bu ay Bakıya gələcək. Müğənninin Bakı səfəri azərbaycanlı rəssam Firəngiz Hüseynovanın fərdi yaradıcılıq sərgisində iştirak etməkdir. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayev APA-ya bildirilib ki, Alsu məhz Firəngiz Hüseynovanın dəvəti ilə Bakıya gələcək. Tanınmış müğənninin həyat yoldaşı ilə birgə Bakıya gəlişi gözlənilir. Rəssamın yaradıcılıq sərgisi iyunun 25-dən 28-dək davam edəcək. Alsu isə iyunun 25-də keçiriləcək sərginin açılış mərasimində iştirak edəcək. F. Hüseynovanın sərgisi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək sərgi “Güllərin harmoniyası” adı altında təşkil olunacaq. Sərgidə rəssamın 70-ə yaxın əsərinin nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR