Bank Of Baku

Tarzən Ramiz Quliyevin yaradıcılığının 45 illiyi qeyd olunub

Tarzən  Ramiz Quliyevin yaradıcılığının 45 illiyi qeyd olunub
# 19 iyun 2009 16:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, professor tarzən Ramiz Quliyevin yaradıcılığının 45 illiyinə həsr olunmuş konsert keçirilib. APA-nın məlumatına görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev iştirak edib. Yaradıcılıq gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilib. Konsertin proqramında - nadir hallarda səslənən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və klassik muğamlarının ifa olunub. Ramiz və Əyyub Quliyevlər Bakıda ilk dəfə olaraq dirijor və solist tandemində çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR