Bank Of Baku

Xalq artisti Xuraman Qasımovanın kino yaradıcılığına həsr olunan tədbir keçirilib

Xalq artisti Xuraman Qasımovanın kino yaradıcılığına həsr olunan tədbir keçirilib
# 19 iyun 2009 16:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycanın xalq artisti Xuraman Qasımovanın kino yaradıcılığına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Xuraman Qasımovanın kino yaradıcılığından söhbət açılıb, onun oynadığı filmlərdən fraqmentlər nümayiş olunub. Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Kinoşünas Aydın Kazımzadə X. Qasımovanın həyat və yaradıcılığından danışaraq deyib ki, o, cəmi üç filmdə rol alsa da, öz sözünü deməyi bacarıb: “Xuraman Qasımovanın çəkildiyi ilk film “Liftçi qız” olub. O bu filmə 15 yaşında çəkilib. Xuraman xanım “Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır” filmlərində yaddaqalan obrazlar yaradıb. Azərbaycan kinosu fəxr eləsin ki, Xuraman Qasımovanın adı Azərbaycan kino tarixinə yazılıb”.
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, xalq artistləri Tariyel Qasımov, Həmidə Ömərova və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR