Bank Of Baku

Gəncədə “Yeni Teatr” Respublika Festivalı başlayıb

Gəncədə “Yeni Teatr” Respublika Festivalı başlayıb
# 23 iyun 2009 11:44 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncədə ilk dəfə olaraq “Yeni Teatr” Respublika Festivalı start götürüb. APA-nın qərb bürosunun məlumatına görə, teatr festivalı 28 iyun 2009-cu ilə qədər davam edəcək. Festivalda Azərbaycan Dövlət Akademik Milli Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, Pantomim Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram Teatrları iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu festivalı teatr tənqidçiləri, tanınmış aktyorlar da izləyərək qiymətləndirəcəklər.
Festivalın açılışı Rafiq Səməndərin “Çətin məsələ” adlı səhnə əsəri ilə Gəncə Dövlət Kukla Teatrında olub. Festivalın rəsmi açılışı bu gün saat 18:00-da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR